Maks Ferstappen “Formula 1” Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub

“Red Bull” komandasının pilotu Maks Ferstappen Ciddə Şəhər
Halqasında keçirilən “Formula 1” Səudiyyə Ərəbistanı Qran-Prisinin
qalibi olub.

Trend xəbər verir ki, birincilik uğrunda əsas mübarizə
Ferstappenlə “Ferrari”nin pilotu Şarl Lekler arasında olub. “Red
Bull” təmsilçisi son dairədə rəqibini qabaqlayaraq finişə birinci
çatıb. Fəxri kürsünün üçüncü pilləsini “Ferrari”nin digər pilotu
Karlos Sainz tutub. “Mercedes” komandasının yeddiqat dünya çempionu
Luis Hamilton isə finişə 10-cu çatıb.

Məğlubiyyətə baxmayaraq Bəhreyn Qran-Prisinin qalibi olmuş Şarl
Lekler iki mərhələdən sonra dünya çempionluğu uğrunda mübarizədə
liderliyini qoruyub saxlaya bilib.

Konstruktorlar Kubokunda ilk üçlükdə “Ferrari”, “Mercedes” və “Red Bull” komandaları qərarlaşıb.

Teqlər: