ABŞ-da avtomobil qəzasında azı 4 nəfər həlak olub

ABŞ-ın Oreqon ştatının Salem şəhərində baş vermiş qəza
nəticəsində azı 4 nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli ağır
xəsarət alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerli
vaxtla gecə saat 02:00 radələrində baş verib.

Polisin məlumatına görə, naməlum şəxs avtomobili ilə evsizlərin
düşərgəsinə daxil olub, nəticədə hadisə yerində iki nəfər vəfat
edib. Xəstəxanaya çatdırılanlardan sonradan daha ikisi orada
ölüb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət
alıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Teqlər: