İsmayıllıda fərdi ev yanıb

İsmayıllı rayonunun Hacıhətəmli kəndində birmərtəbəli ev
yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,
ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət
evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: