Fransa Prezidenti Emmanuel Makron PSJ klubunun futbolçusu Kilian
Mbappeyə komandada qalmağı tövsiyə edib.
Trend xəbər verir ki, bu barədə K.Mbappe “Canal+” telekanalının
efirində deyib.
“Biz E.Makronla dəfələrlə danışmışıq. Bu, yaxşı məsləhət idi. O,
mənim qalmamı istədi və bu, danışıqların bir hissəsi idi. E.Makron
futbol haqqında danışdığım bir çox insanlardan biridir”, – deyə
fransalı hücumçu bildirib.