Macarıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq
Partiyası (Fidesz-CDPP) alyansı parlament seçkilərində qalib
gəlib.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki İdarəsi
məlumat yayıb.

Qeyd olunur ki, bütün seçki məntəqələrində səslərin yekun
hesablanması nəticəsində Fidesz-CDPP parlamendəki 199 mandatdan
135-ni qazanıb. Onlardan 87-i birmandatlı dairələr üzrə, qalan 48
isə partiya siyahısı üzrə əldə edilib.

İkinci yerdə Piter Marki-Zayinin rəhbərlik etdiyi müxalifət
partiyalarının koalisiyası qərarlaşıb. Blok parlamentdə 57 yer
qazanacaq. Qalan yeddi yerdən altısı sağçı “Bizim Vətən”
hərəkatına, biri isə Almaniya Milli Siyahısına aiddir.

Parlament seçkilərində yekun seçici fəallığı 70,21 faiz təşkil
edib.

Teqlər: