İran ABŞ-a nüvə sazişindən çıxmayacağına dair zəmanət verməli olduğunu bildirib

Vyana danışıqları zamanı kompromis əldə olunarsa, Amerika tərəfi
nüvə sazişindən çıxmayacağına zəmanət verməlidir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran
parlamentinin prezidentə ünvanlanmış müraciətində deyilir.

Vurğulanır ki, danışıqlarda ABŞ nüvə sazişindən çıxmayacağına
dair hüquqi zəmanət verməlidir və bu ABŞ-ın əsas hökumət qurumları
tərəfindən təsdiqlənməlidir.

Müraciət 250 millət vəkili tərəfindən imzalanıb.

Xatırladaq ki, Vyanada İranın nüvə proqramı üzrə Birgə
Hərtərəfli Fəaliyyət Planını ilkin formada bərpa etmək, ABŞ-ı bu
çoxtərəfli razılaşmaya qaytarmaq məqsədi ilə aparılan və səkkiz
raunddan ibarət olan danışıqlardan sonra martın 11-də xarici
amillərlə bağlı fasilə elan olunub.

Bundan əvvəl Vyana danışıqları yekunlaşmağa çox yaxın və
fevralın sonuna qədər başa çatmalı idi.