Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb.

AzerTimes-ın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat
06:00-dan saat 19:00-dək (Bakı vaxtı ilə 21:00) çalışıb.

Seçki məntəqələrinin bağlanmasına 3 saat qalmış seçici fəallığı
63 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən ölkədə yeni baş
nazir seçiləcək və yeni hökumət formalaşdırılacaq.