Macarıstan Ukraynaya kömək etməkdən imtina etdi

Macarıstan Ukrayna Silahlı Qüvvələrinə dəstək verməyəcək. Ölkə
Ukrayna hərbçilərinə kömək üçün silah və əsgər göndərilməsinə icazə
verməyəcək.

AzerTimes-ın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu
Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstan öz ərazisi ilə başqa ölkələrdən
Ukraynaya hərbi yardım daşımağa icazə verməyəcək.

“Bu qərarın səbəbi odur ki, bu cür daşımalar düşmənin hərbi
əməliyyatlarının hədəfinə çevrilə bilər və… biz Macarıstanın
təhlükəsizliyini təmin etməliyik… bu müharibəyə qarışmamalıyıq”,
– deyə XİN rəhbəri bildirib.