UEFA “Qazprom”la əməkdaşlığı dayandırıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın
“Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidmətindən
bildirilib.


“Bu gün UEFA “Qazprom”la bütün turnirlərdə əməkdaşlığı
dayandırmaq qərarına gəlib. Qərar dərhal qüvvəyə minir və UEFA
Çempionlar Liqası, UEFA milli komanda yarışları və Avro 2024 daxil
olmaqla, bütün mövcud müqavilələrə şamil edilir”, – deyə UEFA-dan
bildirilib.