Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn
soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov
bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida
ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla
Ukrayna-Polşa sərhədinə yola salınır.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət
Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq
dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.