Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları növbəti çıxışlarını təqdim edib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında 12-18 yaş kateqoriyasında Anahita Bashiri,
Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu balans
hərəkətlərini nümayiş etdirib.

Trend-in məlumatına görə, onlar 25,970 xal
yığıb.

Qrup ötən gün temp hərəkətlərində 25,650 xal yığmışdı. İki
hərəkətin cəmində 51,620 xal yığan qrup onuncu keçid yerində
qərarlaşıb.

Nəzrin Qasımova və Xanım Məmmədzadədən ibarət qadın cütlüyü temp
hərəkətlərində 25,500 xal toplayıb. Ötən gün onlar balans
hərəkətlərində 25,330 xal toplamışdı.

İki hərəkətin cəmində 50,830 xal yığan cütlük on üçüncü keçid
yerində qərarlaşıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: