Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadın cütlüklər və qadın qruplar arasında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında 12-18 yaş kateqoriyasında qadın cütlüklər və
qadın qruplar arasında finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, qadın cütlüklər
arasında finala Herel Aharoni və Yuval Bar Tal (54,220 xal,
İsrail), Ellison Stoun və Ayla Varqas (53,950 xal, ABŞ), Şarlotta
Klark və Emi Ekson (53,720 xal, Böyük Britaniya), Mell Devinye və
Culi Filuz (53,700 xal, Fransa), Yelizaveta Koxnoviç və Diyara
Temirbolat (53,100 xal, Qazaxıstan), Liliya Botalova və Marqarita
Uqolnikova (52,950 xal, Rusiya), Geke van der Verff və Karola van
Dayk (52,880 xal, Niderland), Fler Feyarts və Kato Nisen (52,830
xal, Belçika) cütlükləri vəsiqə qazanıb.

Azərbaycan təmsilçiləri Nəzrin Qasımova və Xanım Məmmədzadə
50,830 xalla 16-cı yer tutaraq finala çıxa bilməyib.

Qadın qruplar arasında finala Rusiya (55,450 xal), ABŞ (55,000
xal), Portuqaliya (54,250 xal), Böyük Britaniya (54,100 xal),
Niderland (53,900 xal), İsrail (53,810 xal), Almaniya (53,700 xal),
Qazaxıstan (53,000 xal), Avstriya (52,780 xal), İspaniya (52,6100
xal) qrupları vəsiqə qazanıb.

Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət
Azərbaycan qrupu 51,620 xalla 18-ci yer tutaraq finala çıxa
bilməyib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: