“Lukoyl” “Şahdəniz”də payını 2 dəfəyə yaxın artırıb

Xəbər - Ləman Zeynalova – Trend:

Rusiyanın “Lukoyl” şirkəti “Şahdəniz” layihəsində “Petronas”
şirkətinin 9,99 faiz payının satın alınması barədə sazişi
tamamlayıb.

Trend bu barədə
şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, sazişin dəyəri 1,45 milyard dollar təşkil
edib.

Bu saziş sayəsində “Lukoyl”un “Şahdəniz” layihəsində payı 10
faizdən 19,99 faizə çatıb.

Layihə üzrə digər pay sahibləri 29,99 faizlə bp, 19 faizlə TPAO,
14,35 faizlə SOCAR, 10 faizlə NICO və 6,67 faiz payla SGC
şirkətləridir.

Teqlər: