Gəncə Dövlət Universitetində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib (FOTO)

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi irsi və gənclik”
adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Qarabağ
müharibəsi Şəhdlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetin Humanitar məsələlər üzrə
prorektoru Gülsüm Fətəliyeva açaraq dahi Azərbaycan şairi Nizami
Gəncəvinin həyat və yaradıcılığından danışmış, istər Ulu Öndər
Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dahi şairin
irsinin öyrənilməsi və tədqiq edilməsi ilə bağlı imzaladıqları
Sərəncamların əhəmiyyətindən danışmışdır.

Sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam
Yaşarın “Nizami Gəncəvi irsi və gənclik”, Dünya Gənc Türk Yazarlar
birliyinin üzvü, şair Elməddin Nicatın “Nizami Gəncəvi yaradıcılığı
haqqında”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin
dekanı Bayram Apoyevin “Nizami Gəncəvi özünütərbiyənin vasitə və
yolları haqqında” və Universitetin Azərbaycan və Dünya ədəbiyyatı
kafedrasının müəllimi Vüsal İsgəndərovun “Nizami Gəncəvi
yaradıcılığında gənclərə nəsihət” mövzularında məruzələri
dinlənilmişdir.


Tədbirdə universitetin filologiya fakültəsi tələbələri Nizami
Gəncəvinin yaradıcılığından nümunələr səsləndirmişlər.

Sonda bir qup müəllim və tələbəyə Dünya Gənc Türk Yazarlar
Birliyinin Diplomları təqdim olunmuşdur.

Teqlər: