Lukaşenko işğal edilmiş ölkəni təmsil edir – Andrusiv

Lukaşenko işğal edilmiş ölkəni təmsil edir – Andrusiv

Aleksandr Lukaşenkonun Ukrayna ərazisinə qoşun yeridilməsi ilə bağlı sözlərinin heç bir çəkisi yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

“Onun Ukraynaya hücum edib-etməyəcəyi, sülh istəyi ilə bağlı açıqlamaları sıfıra bərabərdir. O, ümumiyyətlə heç nəyi həll etmir. Lukaşenko işğal edilmiş ölkəni təmsil edir, çünki ruslar Belarusun iqtisadi ilhaqını həyata keçirib. Ona görə də Lukaşenkonun sözlərində dəyər axtarmaq lazım deyil”, – Andrusiv bildirib.

Teqlər: