Azərbaycan Qran-prisində əsas yarış başladı

Azərbaycan Qran-prisində əsas yarış başladı

Formula 1 üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.

AzerTimes xəbər verir ki, 51dövrənin yekununda qalib bəlli olacaq.

“Ferrari”nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. “Red Bull” pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında “Prema Racing”dən Dennis Hauger Formula-2-nin qalibi olub.

Teqlər: