Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə ifadə verən zərərçəkmiş Şərqiyyə Mərdanova bildirib ki,
lombarda girov qızıl qoyub pul götürüb.
“Lökbatan filialına getdim ki, 350 manat pulumu ödəyib
qızıllarımı götürüm. Çatanda gördüm, deyirlər ki, Maqsud qızılları
aparıb. Şikyət verdim. Şikayətdən təxminən 15 gün sonra Mədinə
xanım məni çağırıb qızıllarımı təqdim etdi. Şikayət verdikdə pulumu
ödəməmişdim, çünki lombard bağlı idi. Heç bir şikayətim yoxdur.
Maqsud Mahmudovu da lombardda heç vaxt görməmişəm”.
Digər zərərçəkmiş Ülviyyə Hümmbətova da bildirib ki, əvvəlcə
lombardda qızıllarını vermyiblər: “Lombarda qızıl qoymuşduq.
Faizini ödəmək və qızılları götürmək üçün lombarda gedəndə bağlı
olduğunu və qızılların oğurlandığını dedilər. Yoldaşımla gedib
şikayət ərizəsi yazdıq. Şikayətdən təxminən 15-20 gün sonra
lombarda dəvət edib qızılımı verdilər”.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.