Liviyanın xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılıb

Liviya Prezident Şurası (PS) ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nəclu Manquşu yol verdiyi qanun pozuntularına görə vəzifəsindən azad edib.

Trend yerli kivlərə istinadən xəbər verir ki, qərara görə, xanım Manquşun xarici işlər naziri kimi fəaliyyəti dövlətin xarici siyasətində yol verilən xətalarla bağlı aparılan araşdırmaya görə dayandırılır.

Həmçinin bildirilir ki, yoxlamalar aparmaq üçün Liviya PS sədrinin müavini Abdullah əl-Lafinin rəhbərliyi altında xüsusi komissiya yaradılıb.