Liviyanın iki limanında etirazlar səbəbindən neft yükləmələri dayandırılıb

Liviyanın iki limanında baş nazir Abdel Hamid Dbeibanın istefa
vermək istəməməsi səbəbindən etirazlar fonunda neft yüklənməsi
əməliyyatları dayandırılıb.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, Zuventina limanında
etirazçıların işçi sektorun ərazisinə daxil olması səbəbindən neft
və neft məhsullarının yüklənməsi əməliyyatları dayandırılıb.

Liman rəsmilərinin sözlərinə görə, yüzlərlə insan baş nazir
Abdel Hamid Dbeibanın istefasını tələb edir. Agentliyin məlumatına
görə, 1 milyon barel neftin tankerə yüklənməsi aksiyaçılara görə
dayandırılıb.

Oxşar vəziyyət Liviyanın qərbində yerləşən Mellita limanında baş
verib, orada naməlum şəxslər limanla əlaqəli El-Fil yatağında
hasilatı dayandırıblar.