Belçika limanlarını Rusiya gəmilərin üzünə bağlayıb

Aprelin 17-dən Rusiya bayrağı altında üzən gəmilərin Belçika
limanlarına girişinə qadağa qüvvəyə minir.

Trend xəbər
verir ki, bu barədə yerli RTBF telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Aİ-nin beşinci sanksiya paketi çərçivəsində bu
tədbir Antverpen, Zeebrugge və Gent limanlarında 6 minə yaxın
Rusiya gəmisinə və ya rus icarəçiləri tərəfindən icarəyə götürülmüş
gəmilərə çamil ediləcək.

Bununla belə, RTBF bildirir ki, Avropada sanksiyalarla bağlı
qaydalar konkret limanın cavabdeh olduğu xüsusi icazə əsasında Aİ
limanlarına buraxılacaq bir sıra gəmilər üçün istisnalar nəzərdə
tutur.