Limanların blokadadan çıxarılması milyardlıq məsələdir

Limanların blokadadan çıxarılması milyardlıq məsələdir

Dəniz limanlarının blokadadan çıxarılması milyard dollarlıq məsələdir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“Hazırda kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri müharibədən əvvəlki həcmimizdən çox uzaqdır, lakin hakimiyyət bu problemin həlli üzərində fəal işləyir. İqtisadiyyatımız üçün dəniz limanlarının blokadadan çıxarılması məsələsi milyard dollarlıq məsələdir”, – baş nazir söyləyib.

Şmiqalın sözlərinə görə, iyunda Ukraynanın ümumi ixracı 3,2 milyard dollar təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 20% çoxdur:

“Zmeyni (İlanlar) adasını azad edən Silahlı Qüvvələrimiz sayəsində bu sahədə məhsulların ixracı və idxalı üçün əlavə imkanlar əldə etdik. Qara dənizin blokadadan çıxarılmasının birinci mərhələsi başa çatıb və nəticədə kənd təsərrüfatı məhsullarının ixracı 20 dəfə artıb”.

Teqlər: