Bu, Avropa siyasətçilərinin bəyanatları ilə ziddir – Siyarto

Bu, Avropa siyasətçilərinin bəyanatları ilə ziddir – Siyarto

Avropa Komissiyasının qaz istehlakını 15% azaltmaq təşəbbüsü Qərbi Avropa siyasətçilərinin ölkələrinin artıq Rusiyanın enerji resurslarından asılı olmaması barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Hesab edirəm ki, bu bir-iki bəyanat və ya informasiya köpüyü əsasında mövqeyimizi formalaşdırmaqdan daha ciddi məsələdir. Əgər ciddi bir təklif olarsa, o zaman onu araşdıracağıq”, – Siyarto bildirib.

Qeyd edək ki, Avropa Komissiyası qaza tələbatı azaltmaq üçün yeni plan təklif edib. Bu, 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaz tələbatını 15% azaltmaq üçün bütün AB dövlətlərinin ilkin olaraq könüllü hədəflərinin tətbiqini nəzərdə tutur. Bu, 45 milyard kubmetr qaz deməkdir.

Teqlər: