“Qarabağ”la matçda ən yaxşısı biz idik – Foda

“Qarabağ”la matçda ən yaxşısı biz idik – Foda

Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik. “Qarabağ”la oyunda ikinci hissədə meydanın ən yaxşısı biz idik.

AzerTimes xəbər verir ki, bunu “Sürix”in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a Bakıda uduzduqları (2:3) ilk matçı şərh edərkən deyib.

“Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik”, – Foda bildirib.

Qeyd edək ki, “Sürix” və “Qarabağ” arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.

Teqlər: