Levandovski tarixi nailiyyətə imza atdı

“Bavariya” klubunun Polşalı hücumçusu Robert Levandovski ötən gün Kiyev “Dinamo”su üzərindəki qələbədən sonra UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

AzerTimes-ın məlumatına görə, bu, polşalı hücumçunun Çempionlar Liqası çərçivəsində ardıcıl 18-ci qələbəsdir.

Məlumata əsasən, R.Levandovskinin qələbələr seriyası 2019-cu ilin sentyabr ayının 18-dən davam edir.

Xatırladaq ki, ötən gün Almaniyanın “Bavariya” klubu öz meydanın Ukraynanın “Dinamo” (Kiyev) klubunu 5:0 hesabı ilə məğlub edib. R.Levandovski oyunda dubl edib, digər üç qolu isə Serj Qnabri, Leroy Sane və Maksim Şupo-Motinq vurub.

Teqlər: