Yevlaxda quşçuluq sexi yanıb

Yevlax şəhərinin Havarlı kəndində ümumi sahəsi 300 kv.m olan quşçuluq sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin taxtadan ibarət tavanı və bitişik, ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: