Lerikdə sürücü ehtiyatsızlığı ölümlə nəticələndi

Lerikdə sürücü ehtiyatsızlığı ölümlə nəticələndi

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hunday” markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: