Türkiyə Silahlı Qüvvələrinin Şırnak ilinin Gabar dağında xüsusi əməliyyatı nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlardan ikisi “boz siyahı” üzrə axtarışda idi.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, dağda gizlənən 7 terrorçudan 4-ü zərərsizləşdirilib, 3-ü isə qalmaqdadır.