Lekler “Formula-1” üzrə İspaniya Qran Prisinin təsnifatının qalibi olub

“Ferrari” komandasının minakolu pilotu Şarl Lekler “Formula-1”
üzrə İspaniya Qran Prisinin təsnifatının qalibi olub.

AzerTimes-ın məlumatına görə, təsnifatı ikinci pillədə “Red Bull”
komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə “Ferrari”nin ispaniyalı pilotu Karlos Nayns başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə İspaniya Qran Prisinin əsas yarışı
bu gün Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Teqlər: