Lavrov və Kerri iqlim problemlərini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər: “Vurğulanıb ki,

Rusiyanın xarici işlər naziri ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib. Bundan əlavə, söhbət zamanı iqlim məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.