Britaniyada ötən sutka koronavirusa 13 308 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 13 308 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 027 106 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 621 nəfər, hazırkı dövrədək isə 116 908 nəfər vəfat edib.