Xəbər - Humay Ağacanova – Trend:
Türk dostlarımızın təşəbbüsü ilə humanitar məsələləri müzakirə
etdik. Mülki vətəndaşların zərər görməməsi üçün hansı tədbirləri
görə biləcəyimizdən danışdıq.
AzerTimes-ın məlumatına görə,
bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə və
Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə
üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Mülki insanlardan qalxan kimi istifadə olunur. Biz Rusiya
tərəfinin humanitar dəhliz açmaq təklifini təkrarladıq. Marşrutları
vəziyyətə nəzarət edənlər müəyyən edir. Biz ən təhlükəsiz
marşrutları seçirik”, – deyə o əlavə edib.