Bakı Limanının yükaşırma gücü artırılacaq

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücü tələb və
təklifə uyğun olaraq tədricən artırılacaq.

Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh
Ziyadov deyib.

Onun sözlərinə görə, hazırda limanın yükaşırma gücü ildə 15
milyon ton təşkil edir.

“2021-ci ildə liman 5,6 milyon ton yük aşırıb. Hazırda Bakı
limanının ərazisində mineral gübrələrin aşırılması üçün terminal
inşa olunur. Həmçinin, dənəvər yüklərin aşırılması terminalının
tikintisi planlaşdırılır”, – deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)