Laçında 32 il sonra toy mərasimi keçirildi – Foto

Laçında 32 il sonra toy mərasimi keçirildi – Foto

Bu gün Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.

Teqlər: