Gədəbəydə 12 otaqlı evdə yanğın baş verdi

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verdi

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.

FHN-dən AzerTimes-a verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: