Laçın yolundan ruslara məxsus “Toyota” buraxıldı – Foto

Laçın yolundan ruslara məxsus “Toyota” buraxıldı – Foto

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına minik avtomobillinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndindən Laçın istiqamətində Rusiya sülhməramlılarına məxsus “Toyota” markalı avtomobil keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiya davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Teqlər: