301-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

301-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 301-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 348 təyyarəsi, 187 helikopteri, 2691 PUA-sı, 399 zenit-raket kompleksi, 7179 tank və digər zirehli texnikası, 932 reaktiv yaylım atəş sistemi, 3696 artilleriya və minaatanı, 7693 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: