Laçın postundan yeni görüntülər – Video

Laçın postundan yeni görüntülər – Video

“Laçın” sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.

AzerTimes xəbər verir ki, bu arədə “Caliber” yeni videokadrlar yayıb.

Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış “Laçın” sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.

Göründüyü kimi, sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülüblər. Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir.

Qeyd olunur ki, sərhəd yoxlanışı zamanı heç bir mənfi hala rast gəlinməyib.

Teqlər: