473-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

473-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 473-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 442 təyyarəsi, 238 helikopteri, 4571 PUA-sı, 426 zenit-raket kompleksi, 9900 tank və digər zirehli texnikası, 1122 reaktiv yaylım atəş sistemi, 5084 artilleriya və minaatanı, 10 885 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: