Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın
qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil
olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş
intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın
olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə
gətirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-ın
sorğusuna cavab olaraq bildirilib ki, fakt üzrə Laçın RPŞ-də
cinayət işi başlanılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin
saxlanılması istiqamətində tədbirlər davam etdirilir.