Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd
qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz
istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri
ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud
hər iki altqrupu seçməlidir.

Həmçinin, riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar
üzrə – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və
kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil
olan ixtisaslar üzrə – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi
əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan
ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ)
altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək
istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq
imtahanı verməlidirlər.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Teqlər: