KXDR naməlum raket buraxıb

Koreya Xalq Demokrtaik Respublikası (KXDR) şərq istiqamətində
naməlum raket buraxıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Cənubi Koreya hərbçilərinə
istinadən “Yonhap” agentliyi xəbər verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.


Qeyd edək ki, bu, 2022-ci ilin əvvəlindən bəri səkkizinci
insidentdir. Yanvar ayında KXDR 7 dəfə raket buraxıb, 5 və 11
yanvar tarixlərində Şimali Koreya hipersəs raketlərini sınaqdan
keçirib. Həmçinin sürəti səs sürətindən 16 dəfə çox olan ballistik
raket də buraxılıb.