Türk Hava Yolları martın 1-dək Soçi və Minskə uçuşları dayandırıb

Türk Hava Yolları müvəqqəti olaraq Soçi, Minsk və Ukraynaya/dan
reysləri ləğv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin aviaşirkətinin “Twitter” səhifəsində deyilir.

“1 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Soçi, Minsk və
Ukraynaya/dan uçuşlarımız ləğv edilir.

Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı
sorğular üçün turizm agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza
daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə
saxlaya bilərsiniz”, – deyə açıqlamada bildirilir.