Koreya Xalq Demokratik Respublikası (KXDR) ötən gün orta mənzilli “Hwasong-12” ballistik raketinin sınaqdan keçirilməsini təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə “NK News” internet-portalı xəbər verib.
Məlumata əsasən, raketin sınaqdan keçirilməsi bütün silah sisteminin fəaliyyətinin ümumi dəqiqliyini yoxlamaq məqsədi daşıyıb.
Qeyd edilir ki, KXDR-nin lideri Kim Çen In raketin sınaqdan keçirilməsində iştirak edib.