Kürdəmirdə gözətçi köşkü yanıb

Kürdəmir rayonunun Qocalı kəndində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 2 ədəd çarpayı, yataq dəsti və bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı vaqon tipli köşk yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: