Cəlilabadda minik avtomobili su kanalına düşüb, ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad şəhərində “VAZ markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: