Kürdə batan 23 yaşlı gəncin meyiti tapılıb

Kürdə batan 23 yaşlı gəncin meyiti tapılıb, 15 yaşlı yeniyetmənin isə axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.

Teqlər: