AzTV-nin kameraları Zəngəzurda

Azərbaycan Televiziyasının “Səngər” çəkiliş qrupu kameralarını yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi zonasında – Zəngilan rayonunun ərazisindən axan Oxçuçayın sahilində qurub.

Bildiyimiz kimi, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənmişdir və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli sularının gələcəkdə Xudafərin su anbarına tökülməsi də bu günün aktual mövzularındandır.

Yuxarıda qaldırılan problemlər ətrafında müzakirələri Tofiq Abbasovun təqdimatında Azərbaycan Televiziyasından izləməyi unutmayın.

Teqlər: