Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən Nuran Səməndərovun işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay azadlıqdan məhrum edilib.


Qeyd edək ki, cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb ki, onlardan biri də Beynəlxalq Bankın sədr müavini Emil Qədimovdur.

Xatırladaq ki, 1989-cu ul təvəllüdlü Nuran Səməndərov özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan külli miqdarda pul götürüb. Həmçinin telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürərək pullarını ödəməyib.

Teqlər: