Böyük küçələrin, meydanların altında avtomobil parklarının yaradılası təklif olunur

Xəbər - Elçin Mehdiyev – Trend:

Böyük küçələrin, meydanların altında avtomobil parkları yaradıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında deyib.

F.Ağamalı bildirib ki, şəhərsalma sisteminə daxil etməklə bu məsələni həll etmək olar. “Bu məsələ sistemli şəkildə həll edilməlidir.

Nə qədər ki, problem həll olunmayıb, cərimələrlə qanunsuz parklanmaların qarşısını almaq mümkün olmayacaq”, – deyə deputat bildirib.

Teqlər: