Küləkli və yağışlı hava neçə gün davam edəcək?

Ölkə ərazisındə müşahidə olunan küləkli hava şəraiti mayın
25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam
edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, mayın
24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti
qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın
bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi
bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm,
Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda 24.0 mm,
Qrızda 23.0 mm, Sarıbaşda (Qax) 21.0 mm, Şəkidə 20.0 mm, Qusarda
15.0 mm, Daşkəsən, Qubada 14.0 mm, Gəncə, Xınalıq, Tovuzda 12.0 mm,
Ağstafa, Gədəbəydə 10.0 mm, Balakən, Qəbələdə 9.0 mm, Ağdam,
Mingəçevirdə 8.0 mm, Göyçay, Zaqatala, Oğuzda 7.0 mm, Ağdərə
(Ordubad), Şəmkir, Bərdə, Yevlaxda 5.0 mm, Naftalan, Sədərək,
Ceyrançöl, Qobustan, Altıağac, Zərdabda 4.0 mm, Beyləqan, Astara,
Xaltanda 3.0 mm, Tərtər, Cəfərxan, Şabranda 2.0 mm, Naxçıvan,
Şərur, İmişli, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm,
Bakıda və Abşeron yarımadasında: Maştağa, Bakıda 2.0 mm, Sumqayıt,
Binə, Pirallahıda 1.0 mm-dək olub.

Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna,
17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu
düşüb.

Şimal-qərb küləyi arabir Naftalan, Ağdam, Gəncədə 28 m/s, Balakən,
Mingəçevirdə 25 m/s, Şəmkir, Tovuzda 24 m/s, Tərtər, Ağstafada 22
m/s, Zaqatalada 20 m/s, Kəlvəzdə 19 m/s, Naxçıvan, Ceyrançöl,
Cəfərxan, Şəmkir, Bərdə, Göyçay, Salyanda 18 m/s, Şirvanda 17 m/s,
Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Bakıda və
Abşeron yarımadasında: Bakıda 31 m/s, Pirallahıda 26 m/s, Neft
Daşlarında 25 m/s, Çilov adasında 24 m/s, Ələt, Sumqayıtda 22 m/s,
Binədə 19 m/s, Maştağada 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü
3.5 metrə çatıb.

Teqlər: